Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil edib - FOTO

498
Martın 20-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil olunub.
 
BakuPost-un məlumatına görə, bayram şənliyində müəssisə sakinləri üçün bayram süfrəsi açılıb.
 
Çıxış edənlər sosial cəhətdən həssas qrupların, tənha ahıl insanların Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın daimi diqqət və qayğısı ilə əhatə olunduğunu söyləyib.
 
Müəssisənin sakinləri onlara göstərilən qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.
 
Tədbir bədii hissə ilə davam edib.
 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər