Hicran Hüseynova: "Boşanma zamanı ağsaqqallar üzə çıxmır"

200
 "Sual verdilər ki, intihar edən uşaq niyə üç dəfə məktəb dəyişib".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Beynəlxalq Ailə günü”nə həsr edilmiş "Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda deyib.

O bildirib ki, Azərbaycan xalqının gözəl adət-ənənələri var: "Elçiliyə gedəndə ağsaqqalları-ağbirçəkləri aparırlar. Onların sözlərinə önəm verilir. Amma boşanma zamanı onların heç biri üzə çıxmır. Axı, bu, düzgün deyil. Axı, həmin ağsaqqal, ağbirçək o evliliyə, o qıza görə məsuliyyət daşıyır. Yeni qurulan ailələrdə problem yaşandıqda onlar müdaxilə edib barışdırmağa çalışmalıdırlar.  Buna görə də ağsaqqallıq institutu öz fəaliyyətini genişləndirməlidir". 

O qeyd edib ki, məktəblərin, sosial işçilərin uşağa çox böyük təsiri olmalıdır, amma valideyn də məsuliyyətdən yayınmamalıdır: "O uşağın intiharı ilə bağlı bir nəfər sual verdi ki, niyə məktəbini 3 dəfə dəyişib? Valideynlər uşaqlarla maraqlanmalıdırlar, onlarla müntəzəm şəkildə söhbət etməlidirlər. Bəli, problemlər çoxdur, amma deyim ki, Azərbaycanın ailə modeli dünyanın bir çox ölkəsinə nümunə ola bilər".(ONA)

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər