Ru
21:09 / 20 Yanvar 2020

Hikmət Hacıyev NATO Baş katibinin müavini ilə görüşüb - Foto

1981
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev 20 yanvar 2020-ci il tarixində NATO Mənzil Qərargahına səfər edib.

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin BakuPost-a verdiyi məlumata əsasən, səfər zamanı H.Hacıyev NATO-nun Baş katibinin müavini Mirça Coana ilə görüşüb və müttəfiq dövlətlərlə 29 +1 formatında iclasda iştirak edib. Keçirilmiş görüş və iclas zamanı Azərbaycan-NATO tərəfdaşlığı, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb. H.Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar haqqında müttəfiq dövlətlərə ətraflı məlumat verib.

NATO ölkələri Azərbaycanın Sülh naminə tərəfdaşlıq proqramında aktiv iştirakını, NATO əməliyyatlarına töhfələrini, qarşılıqlı operativ uzlaşmanın artırılması və islahtlar sahəsində əldə etdiyi tərəqqini yüksək qiymətləndiriblər.

20 Yanvar faciəsinin 30-cu ildönümündə keçirilən bu iclas və görüşlər zamanı Hikmət Hacıyev Azərbaycan tarixində mühüm rol oynayan bu hadisələr haqqında məlumat verib. NATO rəsmiləri və üzv dövlətlər bu faciə ilə bağlı Azərbaycan xalqı ilə həmrəyliklərini və şəhidlərin ruhuna ehtiramını ifadə ediblər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər