Himnimiz İrəvanda gözəllik salonunda səsləndirildi VİDEO

Azərbaycanlı hakerlər - Azərbaycanın Kiber Ordusu (Azerbaijan Cyber Army) - Ermənistanın paytaxtı İrəvanda yerləşən gözəllik salonun müşahidə kamerasına müdaxilə edərək, Azərbaycanın dövlət himnini səsləndiriblər.

"BakuPost" axar.az-a istinadən xəbər verir ki, salonda qeydə alınan görüntülərdə diqqət çəkən məqam oradakı qadınların hərbi forma geyinməsidir.

Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri hərbi forma geyinən qadınların gözəllik salonunda olmasına ironik yanaşıblar. Bəlli olub ki, əslində bu forma “döyüşə getmək üçün” deyil, təbliğat üçün qızlara geyindirilib.

Onların “gözəl” görünmələrinə isə xüsusi diqqət yetirilir.