Hindistanda təyyarə qəzası - 14 nəfər öldü - VİDEO + YENİLƏNİB

  • 07 Avq 2020 22:27
  • 2025 Baxış



Qəza nəticəsində 14 nəfər ölüb, 120-dən çox insan isə yaralanıb.

Yaralılardan 15-nin vəziyyəti ağırdır.

***
Hindistanın Karipur şəhərində “Air India” aviakompaniyasına məxsus təyyarə sərt eniş edib və zolaqdan kənara çıxıb.

"BakuPost" qafqazinfo-ya istinadən xəbər verir ki, təyyarə Dubaydan reys yerinə yetirirmiş, onun göyərtəsində 191 nəfər var idi.

Ölkənin Mədəniyyət və Turizm naziri Alfons Kannantanam tvitterdə yazıb ki, hadisə nəticəsində təyyarənin pilotu həlak olub, çox sayda sərnişin xəsarət alıb.

Nazir qeyd edib ki, təyyarənin ön hissəsi tamamilə yararsız hala düşüb, bütün sərnişinlər evakuasiya edilib.

“Xoşbəxtlikdən təyyarə yanmayıb”, - Kannantanam əlavə edib.

“NDTV” telekanalı xəbər verib ki, sərt enişdən sonra xəstəxanalara 30-dan çox insan çatdırılıb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım maşınları gəlib.



X