Hindistanda doğuş zamanı körpənin başını qopartdılar

883

Hindistanda qeysəriyyə əməliyyatı zamanı faciə yaşanıb.

BakuPost Medicina.az-a istinadən xəbər verir ki, insident Ramqarx şəhərində baş verib. Belə ki, dövlət xəstəxanalarından birində qeysəriyyə əməliyyatı zamanı ana bətnindən uşağın bədənini çxarıblar. Tibb qardaşı ginekoloqa ciftin ana bətnində qaldığını deyib. O cifti çıxarmağa çalışsa da, bacarmayıb. Daha sonra xəstə başqa xəstəxanaya köçürülüb.

Digər xəstəxanada xəstəni əməliyyat edən həkimlər körpənin başının ananın uşaqlığında qaldığını aşkaylayıblar. Bu barədə təcili olaraq polisə məlumat verilib və cinayət işi açılıb. 

Doğuşun həyata keçdiyi tibbi mərkəzin rəhbəri olan həkim Nahil Şarma bildirib ki, o, doğuşda iştirak etməyib. Xəstənin həyat yoldaşının bildirdiyinə görə doğuşda iştirak edən tibb qardaşları sərxoş olublar. 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər