Ru
22:52 / 24 Aprel 2019

Hitlerin ölümqabağı teleqramı satışa çıxarıldı

1911
Nasist Almaniyasının lideri Adolf
Hitlerin 1945-ci ilin 24 aprelində yazdığı ölümqabağı teleqramı ABŞ-da hərraca
çıxarılıb.

 

BakuPost.az "Report"a istinadən xəbər verir ki, bu barədə
"İzvestiya.ru" məlumat yayıb.

 

 

Qeyd edilir ki, Hitler bu teleqramını
general-feldmarşal Ferdinand Şernerə ölümündən altı gün əvvəl göndərib. Nasist
Almaniyasının başçısı teleqramda Berlində qalmaq istədiyini bildirib.


 

"Mən Almaniya üçün həlledici
döyüşdə iştirak etmək və qalanlara nümunə olmaq üçün Berlində qalacağam",
- Hitler yazıb.


 

Hərracda Hitlerin teleqramından başqa
Şernerin cavabı da satışa çıxarılıb. Feldmarşal cavab məktubunda Hitlerdən
mühasirəyə alınmış şəhəri tərk etməyi xahiş edib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər