Ru
23:19 / 28 Mart 2020

Hökumətdən günəmuzd işləyənlərlə bağlı açıqlama

4798
Yeni tip koronavirus (COVID-19) pandemiyasının yaratdığı durumla əlaqədar Azərbaycanda yeni sosial paket təsdiqlənəcək.

"BakuPost" xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.


İ.Məmmədov deyib ki, pensiyada olanlar, yaranmış vəziyyətlə bağlı işdən və təhsildən azad edilən insanlar evdə otursalar, günəmuzd işlə məşğul olan insanların işləməsinə rahat şərait yaratmış olarlar:

"Amma onlar bunu etmirlər. Ona görə də dövlət məcbur olur ki, daha çox qaydaları sərtləşdirsin. Mümkündür ki, bu, gündəlik işlə məşğul olub ailəsinə ruzi aparan insanların da haradasa hərəkətlərini məhdudlaşdırır. Amma onu da qeyd edim ki, dövlət onları nəzərə alır. Çox tezliklə, yəqin ki, aprelin ilk günlərində hökumət həm fiziki, həm hüquqi şəxslər, həm də sosial müdafiəyə ehtiyacı olan qrupların sosial müdafiəsi ilə bağlı təklifləri qəbul edərək təsdiqləyəcək ”.
Şərhlər
  • Kərimov Mais

    Bu verilen qerar menim kimi gunə muzd işleyenlere aiddirmi

  • Nurgun elizade

    Salam uje evmizde iwleyen adam yoxdu . Deyirsizki aprelin ilk gununden prezident qerar tesdiqleyecek . Komunal xercleri bele odemeye ehaliye komek etmirsiz . Ancaq limiti artirdiniz . Ispaniya prezidenti qaz isiq su telefon ve internet komunal xercleri odeyir ve qida telebatinin pulunuda odeyir azerbaycanda karantin elan olunmamiw iw yerleri baglanan wexsler var 1 aydi evdedi onlar neyniyecek uje milletin cibinde 1 qepik pul yoxdu 1 corek nedi ki onuda gucnen aliriq men bu karantin dovrunu bucur hesab etmirdim millet evdeqal aksiyasina qowulub hami evdeqalir amma ac qalasi deyil axi

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər