Ru
15:25 / 01 Noyabr 2019

İbrahimoviç “Los-Anceles Qelaksi”dən gedir?

1879

ABŞ-ın “Los-Anceles Qelaksi” futbol klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç Avstraliyanın “Pert Qlori” komandasına keçmək barədə təklif alıb.


BakuPost
“Qazeta.Ru”ya istinadən xəbər verir ki, məlumata görə, xəbər verir ki, nəşrin məlumatına görə, İbrahimoviçin agenti Mino Rayola bu barədə danışıqlar aparılması faktını təsdiq edib. 38 yaşlı hücumçunun indiki klubla müqaviləsinin müddəti 2019-cu ilin sonunda başa çatır.


İbrahimoviç “Los-Anceles Qelaksi”yə 2018-ci ildə İngiltərənin “Mançester Yunayted” komandasından keçib. O, ABŞ klubunun heyətində keçirdiyi 58 oyunda 53 qol vurub və 15 uğurlu ötürmə edib. İsveçli futbolçu öz karyerası ərzində Niderlandın “Ayaks”, İtaliyanın “Yuventus”, “İnter” və “Milan”, İspaniyanın “Barselona” və Fransanın “PSJ” komandalarının heyətində bu ölkələrin çempionatlarında, kubok və superkuboklarında qalib gəlib, həmçinin “Mançester Yunayted”in heyətində Avropa Liqasının qalibi olub.


“Pert Qlori” Avstraliya birinciliyində üç turdan sonra 5 xal toplayaraq yarış cədvəlində dördüncü yeri tutur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər