Ru
14:41 / 11 Dekabr 2019

İcra başçısı “EuroHome”un sahibkarları ilə görüşdü

1478
Dünən Bakı-Sumqayıt yolunda yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğından sonra sahibkarlara dəyən külli miqdarda ziyanın taleyi ilə bağlı müzakirələr aparılır.

BakuPost-un qafqazinfo-ya istinadən məlumatına görə, hazırda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev yanğın baş verən ərazidədir. İcra başçısı yanğında zərərçəkən sahibkarlarla görüşüb və müzakirələr aparır. Hazırda görüş davam edir.


Məlumata görə, görüşdə obyektin və sahibkarların mallarının sığorta olunub-olunmaması, dəyən ziyanın məbləği və onlara ödəniləcək kompensasiya məsələsi müzakirə olunur. Bu görüşün nəticəsindən sonra rəsmi qurumlarla danışıqlar aparılacaq və qanunauyğun olaraq kompensasiya verilib-verilməməsi, veriləcəyi təqdirdə məbləğin nə qədər olmasına qərar veriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər