Ru
11:37 / 25 May 2019

İcra başçısı məscidin hasarını dağıtdı - TORPAĞINI ALDI-FOTOLAR

2539
Qaradağ rayonundakı Ümid qəsəbəsində yerləşən məscidin ərazisi alınıb. Bu barədə məscidin icmasından məlumat verilib. Bildirilir ki, rayon icra başçısı Süleyman Mikayılovun göstərişi əsasında mayın 23-də əraziyə gələn İH əməkdaşları məscidin həyətyanı ərazisinin hasarını söküb. Söküntü prosesində icra başçısının müavini və arxitektor iştirak edib.

 

İH rəsmiləri sökülmə ilə bağlı icmaya hər hansı bir rəsmi sənəd  təqdim etməyiblər. Bildirilir ki, bir neçə gün əvvəl əraziyə gələn rayonun icra başçısı məscidin ərazisinin geniş olduğunu, bu qədər ərazinin məscid üçün çox olduğunu deyərək əməkdaşlara ərazini kiçiltməyi göstəriş verib.


İcma sədri Ramin Həsənli bildirib ki, "Qarabağ şəhidləri” adı verilmiş məscid Ümid qəsəbəsində 2000-ci ildə inşa olunub. 2009-cu ildə isə məscidin icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyata alınıb və rəsmi status alıb.


İcma sədri deyir ki, 2012-ci ildə məscidin ərazisi qəsəbə bələdiyyəsi tərəfindən təsdiqlənib və 120 metr uzunluğu və 120 metr eni olmaqla ümumilikdə 1,44 hektar ərazi məscidə verilib. 2014-cü ildən isə məscid QMİ-nin balansına daxil olub. 2014-cü ildən sonra məscidin həyəti hasarlanıb və məscid yardımçı binalarla birlikdə icmanın balansında olub.

("Yeni Müsavat”)

İcra başçısı məscidin hasarını dağıtdı -  TORPAĞINI ALDI-FOTOLAR
İcra başçısı məscidin hasarını dağıtdı -  TORPAĞINI ALDI-FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər