Ru
11:29 / 29 İyul 2020

İcra hakimiyyətində korrupsiya əməliyyatı - Tutulanlar var

3272
Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Əhmədov Sahid Abuseyid oğlu saxlanılıb.

Avropa.info xəbər verir ki, Sahid Əhmədov Bakıdan gedən hüquq mühafizə orqanları əməkdaşları tərəfindən həbs olunub. S. Əhmədovla yanaşı, bir icra nümayəndəsi və bir bələdiyyə sədrinin də saxlanıldığı qeyd olunur.

Zərdab Rayon İcra Hakimiyyətindən unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rüşvət aldıqlarına görə, bu şəxslər saxlanılıblar:

İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Əhmədov Sahid Abuseyid oğlu,
İcra Hakimiyyəti Başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə keçmiş nümayəndəsi Rahim Xəlilov,
həmin kəndin hazırkı Bələdiyyə sədri Sahib Xəlilov

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılan S.Əhmədovun ifadəsi alınaraq sərbəst buraxılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər