Ru
13:04 / 16 Oktyabr 2019

İcra Hakimiyyətində yeni TƏYİNATLAR

2266
Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

BakuPost.az modern.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl RİH başçısının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsindən kənarlaşdırılan Ramiz Göyüşovun yerinə Cahangirzadə İskəndər Kamil oğlu təyin edilib.

Qeyd edək ki, yeni təyinata qədər İskəndər Cahangirzadə RİH başçısının köməkçisi vəzifəsində işləyib.

Bundan əlavə, icra başçısı Elxan Allahverdiyevin müvafiq əmriylə Rauf Həsənov başçının köməkçisi vəzifəsinə təyin olunub.

Xatırladaq ki, bundan əvvəl Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri işləmiş, YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun dövlət qulluğuna xitam verilərək, təqaudə göndərilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər