Ru
10:53 / 22 Avqust 2019

İctimai qaydanın qorunması həm də vətəndaşdan asılıdırsa... – Nə etməli?

4065
Ötən gün Nəsimi Rayonu Cavadxan küçəsi bina 56-da azyaşlı uşağın ayaqlarının anası və xalası tərəfindən bir-birinə zəncirlənməsi hadisəsi ilə bağlı xəbər yayılıb.



Bakupost xəbər verir ki, polis mayoru Elşad Hacıyev bu kimi faktlarla əlaqəli "İctimai qaydanın qorunması həm də vətəndaşdan asılıdırsa... – Nə etməli?" başlıqlı məqalə yazıb. 


Məqaləni təqdim edirik:


Valideyni tərəfindən azyaşlının ayağından zəncirlənməsi barədə fakt ictimailəşməzdən bir gün öncə Bakı Şəhər Baş Polis idarəsinə daxil olub. Sosial şəbəkə vasitəsilə faktı ötürən şəxs öz anonimliyini xahiş etməklə, rastlaşdığı hüquqazidd əməl barədə polisi məlumatlandırmaqla vətəndaşlıq mövqeyi nümayiş etdirib.


Faktın təsdiqini tapması, Kütləvi İnformasiya Vasitlərinin məsələyə həssas münasibəti göstərir ki, ətrafımızda rastlaşdığımız hüquqazidd əməllər barədə polisin məlumatlandırılması cəmiyyətimizdə sosial-neqativ hallara qarşı mübarizənin yaxşılaşmasına xidmət edir.


Sosial şəbəkələrdə və digər ictimai yerlərdə "Polis bilir”, "Polis məlumatlıdır”, "Polisin işidir, mənə nə...”, "Polis görmür?” - deyə səsləndirilən şüarlarla müzakirə olunan hüquqazidd əməllər, əhəmiyyətinə və mənəvi yükünə görə, ictimai məsuliyyətsizlik, yaxud səhlənkarlıqdır.


Paytaxtımızda ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı qorunması və təminatı hər birimizin üzərinə düşür.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər