Ru
16:18 / 12 Aprel 2021

“İki generalımıza qarşı təhlükəli kampaniya aparılır” - Partiya sədri

2994
“Ordumuzun iki nəhəng generalı – Mais Bərxudarov və Hikmət Həsənova qarşı qarayaxma kampaniyası aparılır”.

Bakupost.az xəbər verir ki, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə Tərtər hadisələrinə münasibət bildirərkən deyib.



Onun sözlərinə görə, istintaq qrupu yaradılmalıdır:

“Məsələni istintaq qrupu araşdırmalıdır. İndi hamı bir söz deyə bilər. Mən şəxsən hesab edirəm ki, Azərbaycanda obyektiv istintaq olsaydı, heç birimiz həqiqət arxasınca düşməzdik. 1767 nəfərin adından danışırlar. Ən azından hüququn nə olduğunu bilirəm. 1767 nəfər istintaqa cəlb oluna bilməz. Bilirəm ki, bu rəqəm 369-dur. Bu adamlar daxili tədqiqata cəlb olunub. Orduda daxili tədqiqat olduqdan sonra, cinayət mənsubiyyəti yaradan addımlar prokurorluğa təqdim edilməlidir. İstintaq altında olub, həbs olunan adamlar harada saxlanılırdı? Kürdəxanıdamı, DTX-nın saxlama təcridxanasındamı, harada? Bunu yalnız daxili tədqiqat edə bilərdi. Proseslərin içərisində mənim gördüyüm başqa nüanslar var. Hər kəs 2 general - Mayis Bərxudarov və Hikmət Həsənovdan danışır. Bu gün bir kanal tərəfindən onlar linç edilir. Nədən ötrü? Axı istintaq getməyib. 1-i, 5-i deyə bilər ki, məni filankəs döyüb. Ordu haqqında hər şeyi demək olmaz. İstintaqa kimlər çağırılacaq? Kimlər günahkar olacaq? Onu şahidin, zərərçəkənin ifadəsində məhkəmə danışıb qərar verməlidir. Bəyəm məhkəmə və yaxud istintaqda hər bir şahidin, zərərçəkənin dediyi ilə hər kəsin obyektiv olduğunu qəbul edir?”

Partiya sədri iddia edib ki, əslində, məsələnin indi bu şəkildə itimailəşdirilməsi, heç də “Tərtər işi”ndə günahı olan şəxslərin cəzalandırılması istəyi deyil: “Azərbaycan ordusunda Rusiya-Türkiyə davası gedir. İstintaq istəyirsinizsə, Baş Prokurorluq qarşısında məsələ qaldıraq. Heç kimi əvvəlcədən vətən xaini elan etməyin. Ordu nə müxalifətin, nə iqtidarındır, hamımızındır. Təəssüf ki, mən bu mübarizələrin içərisində Rusiya izini görürəm. Tərtər hadisələrinin içərisində də Rusiya izi var idi. Rusiya törətmişdi. Rusiya Azərbaycan Ordusunu məhv edirdi.

Sual verirəm: müharibəyə Ağdamdan başlamağı tövsiyə edən kim idi? Kim deyirdi onu? Azərbaycanın Müdafiə Nazirliyində oturan Rusiyanın adamları demirdimi? Onların hamısı istisnasız halda vəzifələrindən kənarlaşdırılmadımı? Ordu sistemində heç bir adları da keçmədi. Amma niyə, Türkiyənin də başqa xüsusi xidmət orqanlarının da vəzifədən kənarlaşdırdıqlarının içərisində 2 adam olmadı: Mayis Bərxudarovla, Hikmət Həsənov. Bu gün nədənsə müharibə qurtarandan sonra hamının yadına düşdü ki, sən demə, bunlar qəssab, cəlladdırlar. Bu 2 general Azərbaycan Ordusunu məhv edib. Bunlar cəmi 2-3 ay əvvəl Vətən uğrunda döyüşən generallardır. Niyə əzirsiniz ki? Obyektiv araşdırma istəyənlər buyursun, Baş Prokurorluğa müraciət etsinlər. Amma Rusiyanın generallarının buradakı xidmətkarına çevrilməsinlər. Mayis Bərxudarov və Hikmət Həsənov Rusiyanın hərbi dairələrində təhsil almayıblar. Yəni Rusiya sisteminə bağlı deyillər...”
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər