Ru
10:49 / 28 Noyabr 2019

İki idmançımız dünya çempionu oldu - FOTO

3486
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabi şəhərində keçirilən cui-citsu üzrə dünya çempionatına yekun vurulub.
Bakupost.az xəbər verir ki, Azərbaycan yığması yarışda uğurlu çıxış edib. 3 idmançı ilə səfərə çıxan komandamızın üzvlərinin hər biri fəxri kürsüyə qalxıb. Yarışlarda 69 kiloqram çəki dərəcəsində Emil Qurbanov, 69 kiloqram çəki dərəcəsində isə Elşən İbişov və Tehran Seyidov mübarizə aparıblar.

Emil Qurbanov yarışda Fələstinli və Rusiyalı idmançıları məğlub edərək, finala yüksəlib. Qızıl medal uğurunda mübarizədə isə onun rəqibi Tailand idmançısı olub. İdmançımız final oyununda qələbə ilə başa vuraraq adını ən yüksək pilləyə yazdıra bilib.

Emil Qurbanov yarış barədə təəssüratlarını BakuPost-a bölüşüb:
“Bütün rəqiblərimi məğlub edərək, qələbə qazandım. Azərbaycan bayrağını dalğalandırıb, himnini səsləndirdim. Bunu bacardığım üçün qürur duyuram. Dövlətimizə, Gənclər və İdman Nazirliyinə, federasiyanın prezidenti Mirəli müəllimə öz təşəkkürümü bildirirəm ki, bizə şərait yaradıb yarışa yolladılar”.


Digər idmançılarımız da fərqlənə biliblər. Belə ki, Elşən İbişov da birincilik əldə edib. T.Seyidov isə finalda rəqibinə uduzaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Dünya Çempionatında ümumilikdə 60 ölkə təmsil olunub. Azərbaycan komanda hesabında 9-cu yerdə qərarlaşıb.

Afaq Rza
Bakı Post

 İki idmançımız dünya çempionu oldu - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər