Ru
10:47 / 21 Yanvar 2021

İki məmurun Şuşa üstündə davası - Ermənistan tarixində ilk

2382
Ermənistan tarixində ilk dəfə iki yüksək rütbəli məmur Şuşaya sahiblik üstündə mübahisə ediblər.

Bu barədə Musavat.com erməni mediasına istinadən xəbər verir.

"Bu gün baş verənləri təsvir etmək üçün söz tapmaq çətindir", deyə, erməni müəllif Bagramyan özünün telegram səhifəsində yazır.

Sitat: "Günortadan sonra xarici işlər naziri Ara Ayvazyan bəyan edir: "Şuşi (Şuşa -red.) bir erməni mədəniyyət mərkəzidir. Kimin nə elan etməsindən asılı olmayaraq, Şuşinin türk mədəniyyət mərkəzi ola biləcəyi ilə razılaşmırıq".

Ara, Ayvazyan, get təzədən gəl..!

Bir neçə saat sonra Baş nazir Paşinyan parlamentdə çıxış edərək deyir: "Əhalisinin 90% -dən çoxunun azərbaycanlı olduğu Şuşinin (Şuşa!) öz statusuna görə erməni olduğunumu söyləmək istəyirsiniz?"

Paşinyan Qarabağ məsələsini güzəştlə həll etmək istəyir

Adətən bu cür ziddiyyətli bəyanatlar İrəvan və Bakı tərəfindən verilirdi.

Bu gün o yerə çatmışıq ki, Şuşinin statusu ilə bağlı bir ölkənin hökumət başçısı və xarici işlər naziri tərəfindən ziddiyyətli açıqlamalar verilir..."

Sitatın sonu.

Görünən budur ki, Ermənistan siyasətində və hökumətində az -çox ağlı başında olan elə Paşinyandır...
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər