Ru
14:58 / 05 Noyabr 2019

İki nazirlik birgə “Bayraq yürüşü” keçirəcək

2147
Noyabrın 7-də Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Ağdam rayonunun Quzanlı qəsəbəsində “Bayraq yürüşü” keçirəcək.

Təhsil Nazirliyindən BakuPost.az-a verilən məlumata görə, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.


9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, hərbçilər, tanınmış ziyalılar, müəllim və şagirdlər, KİV nümayəndələri iştirak edəcəklər.
Şərhlər
  • Baloğlan Səfərov

    Ay millət bunu etməyin, çünki torpaqları işğaldan olan dövlətin harasına yaraşır,ki bayraq marafonu keçirsin....

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər