Ru
15:55 / 13 Aprel 2021

İlham Əliyev: “Pakistan son günədək bizim tərəfimizdə olub”

1087
“Pakistan qarşıdurmanın ilk günlərindən Azərbaycanı açıq şəkildə dəstəkləyən ölkələr sırasında idi. Pakistan son günədək bizim tərəfimizdə olub”.

Bakupost.az -ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Dövlət başçısı Pakistan hökumətinə və Pakistan xalqına Azərbaycanın ərazi bütövlüyü ilə əlaqəli məsələlərdə nümayiş etdirdiyi davamlı yanaşmaya görə minnətdarlığını bildirib:

“Pakistan təcavüz və işğala görə Ermənistanla diplomatik əlaqə yaratmayan bir neçə ölkədən biridir. Pakistan kimi çox az ölkə var. Biz buna görə çox minnətdarıq. Bu bizim qardaşlığımızın real göstəricisidir”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər