Ru
22:07 / 03 Oktyabr 2019

İlham Əliyevdən Paşinyana cavab: “Qarabağ Azərbaycandır. Nida!”, Video

4994
Azərbaycan Prezidneti İlham Əliyev Soçidə keçirilən “Valday” Klubunun sessiyası çərçivəsində çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı səsləndirdiyi bəyanatlara sərt münasibətini açıqlayıb.

BakuPost-un məlumatına görə, Prezident Dağlıq Qarabağın qədim Azərbaycan torpağı olduğunu bəyan edib: “Ermənistanın baş naziri Paşinyan əcaib bəyanat verib. Deyib ki, “Qarabağ Ermənistandır. Nöqtə”. Bu yalandır. Qarabağ Azərbaycanın tarixi və ayrılmaz hissəsidir. Qarabağ Azərbaycandır. Nida!”.

Dağlıq Qarabağın sovet dövründəki tarixinin ermənilər tərəfindən saxtalaşdırıldığını deyən Prezident bildirib ki, bolşeviklərin Qafqaz Bürosu Qarabağın Azərbaycanın tərkibində saxlanmasına səs verib.

İlham Əliyev bəyan edib ki, 27 ildir BMT-nin münaqişə ilə bağlı məlum qətnamələri yerinə yetirilmir. “Qətnamələr kağız üzərində qalır”.

“Paşinyan son zamanlar bəyanatlarında bildirir ki, münaqişə Azərbaycan, Ermənistan və Qarabağ xalqının maraqları çərçivəsində həll olunmalıdır. “Qarabağ xalqı” anlayışı yoxdur. Qarabağ əhalisi var. Münaqişəyə qədər burada azərbaycanlı əhalisi ilə birgə yaşayıblar. Münaqişənin məqbul variantına gəlincə, bu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından, köçkünlərin öz doğma torpaqlarına qayıtmasından keçir”.

Prezident deyib ki, hərbi təcavüz bu gün də davam edir: “Dünən Qazax rayonunda dinc sakin öldürülüb. Ermənistaın 2016-cı ilin aprel provokasiyası zamanı 6 dinc sakin həlak olub. Bir körpə uşaq qətlə yetirilib”.



Prezident İ.Əliyev qeyd edib ki, münaqişə nəticəsində Qarabağdan 700 min, Ermənistandan isə 250 min azərbaycanlı öz dəbə-baba torpaqlarından qovulub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər