"İlin sonuna qədər neftin qiyməti 60 dollar səviyyəsində qala bilər" - Vahid Ələkbərov

  • 02 Okt 2019 20:46
  • 1098 Baxış
"İlin sonuna qədər neftin qiyməti 60 dollar səviyyəsində qala bilər"  - Vahid Ələkbərov
2019-cu ilin sonunadək bir barel neftin qiyməti 60 dollar səviyyəsində qala bilər.

BakuPost-un Rusiya mediasına istinadən məlumatına görə, “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov belə hesab edir.

"Düşünürəm ki, OPEC+ razılaşması sayəsində bazarda sabitlik qorunacaq. Bu, $60 +, $60 - dəhlizidir. Ancaq bunlar kiçik dəyişikliklərdir”, - deyə o, Rusiya Enerji Həftəsi çərçivəsində jurnalistlərin müvafiq sualına cavab olaraq bildirib.