Ru
09:41 / 16 Sentyabr 2019

Bakıda əsgər məzarlığı salınır: müharibəyə hazırlıqdır? - Zakir Həsənov

3951

Hardasa, 60-70-ci illərdən həmin ərazidə Sovet hərbi donanmasının bir anbarı var idi. Bu əraziyə istifadədən çıxmış avadanlıqlar yığılmışdı. Ora lazımsız bir əraziyə çevrilmişdi.


Bu sözləri Müdafiə naziri Zakir Həsənov Real TV-nin “Mir Şahin vaxtı” verilişində Mir Şahinin hərbçilər üçün xüsusi qəbiristanlığın nəzərdə tutulması barədə sualına cavab verərkən deyib.


Nazir bildirib ki, İkinci Fəxri Xiyaban ərazisinin genişlənməsi ilə bu anbar qəbirlərin ortasında qalmışdı:


“Biz qərara gəldik ki, oranı təmizləyək. Təmizləyəndən sonra düşündük ki, ətraf hamısı qəbirlərdir, ordan necə istifadə edək? Təbii ki, qəbiristanlıq ancaq salmaq olardı. Dünya təcrübəsinə baxdıq: ABŞ-da, Avropada, Rusiyada, Gürcüstanda, Latviyada, İsraildə “əsgər məzarlıqları” var, niyə Azərbaycanda olmasın? Bu məzarlıqlarda dəfnin şərtləri də var. Birincisi, yaxınlarının razılığı olmalıdır, ikincisi, qəbirlər eyni cür olmalıdır, bəzək, dəbdəbə qadağandır və s.”


Nazir bildirib ki, orda əsgər məzarlığı yaratmaq niyyətindədirlər:


“Mənə məruzə edirlər ki, sosial şəbəkələrdə əsgər qəbiristanlığının yaradılmasını müharibəyə hazırlıq kimi qələmə verirlər. Bunun müharibəyə hazırlıqla heç bir əlaqəsi yoxdur. Ancaq mən bir daha deyirəm: Azərbaycan Ordusu müharibəyə gecə-gündüz hazırlaşır, düşmənə layiqli cavab verməyə hazırdır, qadirdir və bunu arzulayır”.

Şərhlər
  • Bütöv Azərbaycan

    Verdiyimiz torpaqlar hamısı geri qayıtmalıdır Ay Nazir. Biz nəyi gözləyirik axı?

  • Qarabağ

    Başlasın artıq bu müharibə. Ya ölək ya qalaq. Bilekki kişi kimi yaşayırıq

  • Əhədov Fuad

    həmin qəbrstanliqda öldurulmuş ermeni əsgərlər basdirilmalidir. sonra ise sayariq görək necə erməni qalib necəsi ölüb.Azərbaycan əsgəri niyə ölməlidir? Azərbaycan əsgəri yasayib VURUŞMALİDİR.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər