Ru
23:46 / 25 Oktyabr 2019

İlkin Rüstəmzadə universitetə bərpa edildi

2647
Siyasi fəal İlkin Rüstəmzadə İqtisad Universitetinə bərpa edilib.

BakuPost xəbər verir ki, o, bu barədə özünün facebook profilində məlumat verib.

İ.Rüstəmzadə yazıb: “Dostlar, indicə universitetdən çıxdım. Bir az əvvəl məni zəng edib dəvət etmişdilər. Mənə bildirdilər ki, Təhsil Nazirliyinin məktubu ilə bağlı məsələdə anlaşmazlıq olub. Şəxsiyyət vəsiqəmi alıb yarım saat ərzində bütün texniki prosedurları həll etdilər və universitetə bərpa olunmağımla bağlı əmr imzalandı. Artıq yenidən İqtisad Universitetinin tələbəsiyəm. Düzdür, yenə ödənişli olacaq, amma olsun.

Yazan, paylaşan hər kəsə təşəkkür edirəm, lakin problem məndə bitsə də, Qiyasda və Bayramda qalır. Diqqətimizi onlara yönəldək”.

Qeyd edək ki, İlkin Rüstəmzadə NİDA təşkilatının üzvüdür. O, 2013-cü ildə həbs edilib, 2019-cu ilin martında əfv sərəncamı ilə azadlığa çıxıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər