Ru
09:15 / 12 Sentyabr 2019

İlqar Məmmədov Əli Kərimli ilə debata çıxacaq

4433

Real Partiyasının sədri İlqar Məmmədov AXCP sədri Əli Kərimli ilə debata çıxacaq.


BakuPost.az
xəbər verir ki, bu barədə məlumatı İ. Məmmədov özü paylaşıb. O bildirib ki, “Azadlıq” radiosunun jurnalistləri Şahnaz Bəylərqızı və Ramin Deko ona müraciət edərək AXCP sədri Əli Kərimli ilə debata çağırdılar.


“Razılıq verdim. Dedim ki, əgər mövzu “boykot yoxsa, seçki”dirsə, onda AXCP boykot qərarını verən kimi, bu debata qatılacam, çünki başqa elə bir mübahisəli mövzu yoxdur. Məsələ o nöqtədə qalmışdı, bir xəbər gəlmədi.

Bu gün tanınmış publisist-tənqidçi Xədicə İsmayılova da belə bir debatda moderatorluq etmək təşəbbüsü ilə çıxış etdi. Baxmayaraq ki, Xədicə İsmayılova cəmi iki gün əvvəl aşağılayıcı səbəb gətirərək mənimlə maraqlanmadığını bildirmişdi, dəvəti qəbul edirəm. Mövzuları gözləyirəm”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər