Ru
17:49 / 17 Fevral 2020

İmamverdi İsmayılovun dairəsi ilə bağlı şikayət təmin edilmədi

2227
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə daxil olan şikayətə baxılıb.

"BakuPost" xəbər verir ki, şikayət həmin dairədən deputatlığa namizəd Anar Əsədli tərəfindən verilib.

A.Əsədli şikayətində 125 saylı Dairə Seçki Komissiyasının hərəkətsizliyini iddia edib.

Müraciət araşdırılıb və DSK-nın hərəkətsizliyi ilə bağlı iddia təsdiqini tapmadığına görə şikayət təmin edilməyib.

Qeyd edək ki, həmin dairədə lider namizəd İmamverdi İsmayılovdur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər