Ru
10:17 / 21 Noyabr 2019

İmişlidə söyüş üstündə qan töküldü

1261
İmişlidə bıçaqlanma hadisəsi baş verib.

Bakupost.az-ın məlumatına görə, hadisə rayonun Məmmədli kəndində qeydə alınıb.


Kənd sakini, 1997-ci il təvəllüdlü Əlizadə Camal İlqar oğlu onun barəsində nalayiq sözlər deyən həmkəndlisi - 1992-ci il təvəllüdlü Əliyev Əlizamin Yəhya oğlunun qarın boşluğuna bıçaqla xəsarət yetirib. Yaralı İmişli MRX-ya çatdırılıb.

Faktla bağlı İmişi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər