Ru
17:53 / 21 May 2019

"İmtahanda iştirak etmiş bu qədər şagirddən heç kəs maksimum bal toplaya bilmədi"

2404

İmtahanda iştirak etmiş 28 634 nəfər şagirddən heç kim maksimum bal toplaya bilməyib.


 

Bakupost Axar.az-a istinadən  xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov bu gün açıqlanan 11-ci sinif şagirdləri üçün 2019-cu il apelin 14-də keçirilmiş buraxılış imtahanının nəticələri barədə danışarkən deyib.


K.Əsədov bildirib ki, açıqlanan nəticələr göstərir ki, regionlarda şagirdlər yeni imtahan modelinə tam şəkildə hazır deyil:


"İmtahanda iştirak etmiş 28 634 nəfər şagirddən heç kim maksimum bal toplaya bilməyib. Amma aprelin 7-də keçirilmiş buraxılış imtahanında iştirak etmiş 27 660 nəfər şagirddən 2-si onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplamışdı.


7 aprel imtahanı Bakı şəhərini, 14 aprel isə bölgələri əhatə edirdi. Nəticə göstərir ki, regionlarda şagirdlər yeni imtahan modelinə tam şəkildə hazır deyil və yeni test tapşırığı modellərini mənimsəməyiblər.


Ümumilikdə 7 və 14 apreldə keçirilən imtahanda iştirak edən 56 294 şagirddən 2 nəfəri maksimum nəticə göstərib ki, bu da çox aşağı nəticədir.


Buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsində) abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100, ümumi yekun bal isə 300-dür”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər