Ru
18:37 / 07 May 2021

İmtahandan az bal yığan şagird intihar etdi

1381
Ağdamda 17 yaşlı yeniyetmə intihar edib.

Bakupost.az xəbər verir ki, hadisə rayonun Orta Qərvənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2004-cü il təvəllüdlü Məmmədov Şəfayət Elmin oğlu yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq intihar edib. Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin məlumata görə, 11-ci sinif şagirdinin intiharına buraxılış imtahanından az bal yığması səbəb olub.

Faktla bağlı araşdırma aparılır. // "Qafqazinfo"
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər