Ru
14:02 / 23 May 2019

"Çin-Azərbaycan əlaqələri strateji xarakter daşıyır" - Çinli nazir

1510
Çinin Xarici İşlər naziri Van Yi Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu bildirib.


Nazir Prezident İlham Əliyevlə görüş zamanı Bakının dünyada məşhur şəhər olduğunu və ilk saatlardan paytaxtın gözəlliyinin dərin təəssürat bağışladığını deyib.


O bildirib ki, Çin-Azərbaycan əlaqələri strateji xarakter daşıyır və ölkəsi Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.


Van Yi qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi və sosial sabitlik təmin olunub, ölkəmiz iqtisadi baxımdan davamlı inkişaf edir, əhalinin rifah halı ardıcıl surətdə yüksəlir, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daim artır və möhkəmlənir.(report)

 

"Çin-Azərbaycan əlaqələri strateji xarakter daşıyır"  - Çinli nazir
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər