Ru
11:15 / 09 Dekabr 2025

İndi də "Sara xatun"la bağlı mübahisə yarandı: Botoksları... – FOTO

İndi də "Sara xatun"la bağlı mübahisə yarandı: Botoksları... – FOTO
Eye

"Mehmed: Fetihler Sultanı" serialına yeni sima daxil olacaq.

Bakupost.az Axşam.az-a istinadən xəbər verir ki, layihədə “Yeşilçam”ın aktrisası Selma Güneri “Uzun Həsən”in anası Sara xatun obrazını canlandıracaq.

Lakin bu seçim sosial mediada kəskin tənqidlərə səbəb olub. Belə ki, izləyicilər Azərbaycanın ilk diplomat qadını sayılan Sara xatunun botoks etdirilmiş bir aktrisa tərəfindən canlandırılmasını müsbət qarşılamayıblar.

Bu mövzu ilə bağlı yazılan şərhlər arasında “Heç kim qüruru ilə yaşamadığı üçün tarixi seriallar botokslu və estetikli insanlarla doludur”, “Allah eşqinə, qadının üzündə botoks, dartılma – hər şey var. Tarixi seriallarda botokslu aktyor və aktrisalardan istifadə olunmaması qayda kimi qəbul edilməlidir. Serialın bütün atmosferini pozur” kimi fikirlər yer alıb.

Qeyd edək ki, serialın baş rolunu Serkan Çayoğlu canlandırır.




İndi də "Sara xatun"la bağlı mübahisə yarandı: Botoksları... – FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar