FIFA-nın Etika Komitəsinə təşkilatın prezidenti Canni İnfantino barəsində şikayət təqdim edilib.
Bakupost.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
İnfantino siyasi neytrallığı qorumaq vəzifəsini pozmaqda ittiham olunur. Həmçinin, şikayətdə ABŞ Prezidenti Donald Trampa FIFA-nın Sülh Mükafatının təqdim edilməsi prosesinin araşdırılmasının təşkil edilməsi istənilib.
İnfantinoya qarşı şikayəti miqrant işçilərinin hüquqları, siyasi repressiyalar və idman məsələləri ilə məşğul olan "FairSquare" qeyri-kommersiya təşkilatı təqdim edib.
Xatırladaq ki, Tramp futbol üzrə dünya çempionatının püşkatma mərasimi çərçivəsində FIFA Sülh Mükafatına layiq görülüb. Ona bu il təsis olunmuş mükafatı FIFA prezidenti Canni İnfantino təqdim edib.