İnternet xidmətinə görə ödənişlərin vaxt məhdudiyyətində DƏYİŞİKLİK edildi

289
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Aztelekom” MMC internet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edib.

Nazirlikdən Bakupost-a verilən məlumata görə, bu aydan şirkətin göstərdiyi internet xidməti üzrə ödənişlər "gündəlik hesablaşma” prinsipi ilə aparılacaq.

Belə ki, artıq ödəniş günü hər ayın 5-nə qədər deyil, sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü gələn ay üçün ödəmənin son günü müəyyən ediləcək. Hazırda isə cari ay üçün ödəniş olunmadığı təqdirdə internet xidməti dayandırılacaq.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər