İnterpol xətti ilə həbs edilən şəxsin məhkəməsi başlayır

  • 16 Okt 2019 20:06
  • 352 Baxış
 İnterpol xətti ilə həbs edilən şəxsin məhkəməsi başlayır
Dələduzluqda və rüşvətdə ittiham olunan 55 yaşlı Əjdər Camal oğlu Əsgərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BakuPost-un APA-ya istinadən məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.


Qeyd edək ki, Nərimanov Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) və 312-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq)) maddələri ilə İnterpol xətti ilə axtarışda olan 55 yaşlı Əjdər Camal oğlu Əsgər Gürcüstanda saxlanılıb.