İnzibatçısı həbs olunan “Neolit” kimindir?

Bir neçə gün əvvəl “Neolit” şadlıq sarayında karantin rejimini pozaraq toy məclisi keçirilməsi ilə bağlı restoranın inzibatçısı 10 sutka həbs edilib. İnzibatçı Qarayev Fuad Hafiz oğlu xüsusi karantin rejiminin qaydalarını pozmaqda təqsirləndirilib.

Mətbuatda yayılan məlumatlara görə, "Neolit" restoranının sahibi Nizami rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımovdur.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, böyük bir kompleksdən ibarət olan "Neolit" Arif Qasımova yox, Yaşar Məlikov adlı şəxsə məxsusdur.

Keçmiş icra başçısı “Neolit Hall” şadlıq evinə şərikdir. Görünür, elə bu şəriklik də onun adının bütünlükdə restoranların sahibi kimi çəkilməsinə səbəb olub.