Ru
21:29 / 27 Yanvar 2020

İqbal Məmmədov Nücü, Kirəvud və Əliabad kəndlərində seçicilərlə görüşüb - FOTO

3451
78 saylı Lerik seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi İqbal Məmmədovun seçiciləri ilə görüşləri davam edir.


BakuPost xəbər verir ki, YAP-ın namizədi bu gün Nücü, Kirəvud və Əliabad kənd inzibati ərazi vahidliyində yaşayan seçicilərlə görüş keçirib.


Tədbiri giriş sözü ilə açan YAP Lerik rayon təşkilatının sədr müavini Mübariz Ağayev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yola nəzər salaraq, xalqa, vətənə, dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyasının, Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafana öz töhfələrini verdiyini diqqətə çatdırıb. O, qarşıdan gələn növbədənkənar parlament seçkiləri haqqında danışıb, seçkilərdə YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü qeyd edib. Sonda seçiciləri fevralın 9-da fəal olmağa, layiqli namizədə səs verməyə çağırıb.


Daha sonra görüşdə çıxış edən YAP Lerik rayon təşkilatının Aparat rəhbəri Elxan Qənbərov Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi islahatlardan və inkişafdan, eləcədə rayonda aparılan quruculuq, abadlıq işlərindən, YAP-nın 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizədi İqbal Məmmədovun həyat və fəaliyyəti barədə geniş məlumat verib.


Qeyd olunub ki, əvvəlki seçkilərdə olduğu kimi YAP bu seçkilərdə də irəli sürdüyü namizədlərin qələbəsini təmin etmək əzmindədir:


"Əminik ki, 9 fevral tarixində seçicilərimiz İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi İqbal Nəriman oğlu Məmmədova səs verəcəklər".


Daha sonra deputatlığa namizəd İqbal Məmmədov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi islahatlardan və inkişafdan, eləcədə rayonumuzda aparılan quruculuq, abadlıq işlərindən məlumat verib.


Çıxış edən seçicilər, kənd ağsaqqalları və ziyalıları birmənalı olaraq cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti bəyənir, “Daha güclü Azərbaycan naminə!” çağırışı ilə qatıldığımız seçki kampaniyasında Yeni Azərbaycan Partiyasının namizədi, cənab İqbal Məmmədovu dəstəkləyəcəklərini və bundan sonra da bütün işlərdə dövlətimizin və dövlət başçımızın yanında olacaqlarını bildiriblər.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər