Ru
21:39 / 19 Yanvar 2020

İqbal Məmmədov şəhid ailələrinə baş çəkdi - FOTOLAR

3879
Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik Dairə Seçki Komissiyasından namizədliyi irəli sürülən İqbal Məmmədov 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Qarabağ müharibəsi əlilləri, şəhid ailələrinə baş çəkərək onları narahat edən məsələlərlə tanış olur.


BakuPost-un məlumatına görə, İ.Məmmədov həmişəki kimi xeyriyyəçilik adət- ənənələrinə sadiq qalaraq, baş çəkdiyi şəhid ailələrinə və Qarabağ əlillərinə ərzaq bağlamaları təqdim edir. Lerikdə hamı gözəl bilir ki, İ.Məmmədov hər zaman bu adət-ənənəsinə sadiqdir. Bütün milli və dini bayramlarda şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və imkansız ailələrə daim dəstək olmuşdur.



Bu gün İqbal Məmmədov bu adət-ənənəsinə sadiq olaraq Lerik rayonunun Blaband, Osnağakücə, Ambu, Perzəkücə, Şinəband və Cəngəmiran kəndlərində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri ilə evlərində görüşlər keçirmiş, onları dinləyərək problemləri ilə yerində tanış olub, ailələrə ərzaq bağlamaları təqdim etmişdir. Onun bu xeyirxah hərəkəti şəhid ailələri və Qarabağ müharibəsi ailələri tərəfindən rəğbətlə qarşılanıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər