23:30 / 06 Oktyabr 2021

"İran Azərbaycan və Ermənistandan biri ilə digərinə qarşı ola bilməz"

811
Bakı və İrəvanı mehriban qonşuluq jesti çərçivəsində ziyarət edə bilərəm.

Bakupost.az xəbər verir ki, bu sözləri İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian Rossiya-24 kanalına müsahibəsində deyib.

O bildirib ki, qonşularla əlaqələrin inkişaf etdirilməsi İranın yeni hökumətinin başlıca prioritetlərindən biridir.

“Azərbaycan və Ermənistan bizim yaxşı qonşularımızdır və biz onlardan biri ilə digərinə qarşı ola bilmərik. Bizim xarici siyasətimiz balanslaşdırılmışdır. İki gün əvvəl erməni həmkarım Tehrana gəldi. Yaxşı olardı ki, azərbaycanlı həmkarım da İranı ziyarət edərdi”, - o bildirib.

O, fürsət edən kimi Bakı və İrəvanı ziyarət edəcəyini vurğulayıb.

Qeyd edək ki, Moskvaya səfər edənə qədər Abdullahianın Bakıya qarşı ağır ittihamlar səsləndirməsi, Lavrovla görüşdən sonra isə bu cür açıqlaması diqqət çəkib.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər