Ru
10:04 / 19 Sentyabr 2021

"İran Azərbaycana öz şiələrini yerləşdirir, dövlət çevrilişi etmək istəyir" - Rəsul Quliyevdən sensasion fikirlər

11379

"Mən çox istərdim biləm mənim yazıma münasibət bildirənlər ümumiyyətlə liberal müsəlmanın nə olduğunu bilirlər? Ay yazıqlar, mən liberal şiəliyi Peyğəmbərin ideyaları ilə eyniləşdirmişəm".


Bakupost.az xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks spikeri Rəsul Quliyev deyib.


"İran Azərbaycana da “kömək” edir. Azərbaycanın bütün rayonlarında fundamentalist şiə müsəlmanlarını yerləşdirir və onların əli ilə Azərbaycanda dövlət çevrilişi etmək istəyir. Siz Məhəmməd Peyğəmbərin dediklərinin əleyhinə gedirsiniz. Ən əsası savadsız adamlar neytrallaşdırılmalıdır. Xüsusilə pulla asanlıqla vətənini sata bilən insanlar vəzifə, biznesdən uzaqlaşdırılmalıdır. Azərbaycanlılar liberal şiələrdir. Bu statumuz möhkəmlənməlidir. Xüsusilə din idarələrində çalışan satqınlardan azad olmaq lazımdır. Nə qədər ki, Rusiya və İranda bu rejimlər dayanıb bir o qədər də biz təhlükə içərisində yaşayacağıq. Hər bir azərbaycanlının müstəqilliyimizi qorumaq onun ən müqəddəs borcudur…”, - deyə R. Quliyev qeyd edib.

Şərhlər
  • Arif

    Vallah təcüblənmək olmur,gör siyasətlə kim məşğul olur,özünün deyimilə desək doğurdanda bədbəxçilikdir,bu gün iran öz mənfur rejimini güclə saxlayır,Azərbaycanın 3-5%-izi dinə bağlıdır,oda dolanışıq xətrinə molalıq edirlər,yəni artıq ölkəmiz çoxdan dini yox milli birlikdədir,ingilislər nə deyir bu bədbəxtdə onu təkrarlayır.

  • Arif

    Gecikmisən ay Rəsul bəy artıq sünni-şiyə məsələsi çoxdan bağlanıb,Əfqanıstanı izlə artıq milllik rol oynayacaq,bunu sənə ağalığ edən xristan dünyasının aparıcıları diktə edir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər