13:51 / 07 Oktyabr 2021

“İran çox ciddi təzyiqlərə məruz qalacaq” – Asim Mollazadə

2350
“İran uzun illərdir, erməni terrorçularını dəstəkləyir. Azərbaycana, islam dəyərlərinə qarşı həqarət edən, cinayətlər törədən, müsəlmanları qətlə yetirən və məscidləri dağıdan qüvvələri dəstəkləyir”.


Bunu Bakupost.az –a Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, İranın bu addımları bütün müsəlman ölkələri tərəfindən hiddətlə qarşılanır:

“Düşünürəm ki, bu cür siyasət təbii olaraq bütün islam dünyası tərəfindən qınanılır”.

Millət vəkili bildirib ki, rəsmi Tehranın apardığı bu siyasət, hər şeydən öncə İran vətəndaşlarına böyük zərbələr vurur:

“Son günlər İranın vəziyyəti çox ağırlaşıb. Onlar bütün vəsaitlərini məhz beynəlxalq terrorizmi dəstəkləməyə xərclədiklərinə görə İranın daxilində səfalət hökm sürür və insanlar ağır vəziyyətdə yaşayır”.

Deputat bildirib ki, İran öz siyasətində köklü dəyişikliklər aparmalıdır:


“İran bu siyasətindən əl çəkməlidir, normal qonşuya çevrilməlidir. Bununla yanaşı dünya qarşısında onların çox böyük öhdəliklərinin olduğunu unutmamalıdır. Bu öhdəliklər yerinə yetirilməsə, problemlər daha da artacaq və İran çox ciddi təzyiqlərə məruz qalacaq”.

Fəridə Söhrabqızı
Baku Post

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər