İran qüvvələri Hörmüz boğazından keçən neft tankerini ələ keçirib.
Bakupost.az xəbər verir ki, bu barədə "Bloomberg" ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, "Talara" adlı tanker Marşal adalarının bayrağı altında üzürdü.
Qeyd edilib ki, tanker İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Dəniz Qüvvələri tərəfindən ələ keçirilib.