Ru
14:45 / 20 May 2019

İran prezidenti sabah Naxçıvanla sərhədə gələcək

3043
İran prezidenti Həsən Ruhani sabah Qərbi Azərbaycan əyalətinə səfər edəcək.


Bunu Qərbi Azərbaycan əyalət başçısının müavini Əli Müstəfəvi deyib. 


Onun sözlərinə görə, H.Ruhani Maku şəhərində Energetika Nazirliyinin bir neçə layihəsinin açılış mərasimində iştirak edəcək.


Ə.Müstəfəvi deyib ki, prezident H.Ruhani həmçinin Poldəştin Kərimabad su bəndi layihəsinin də açılışında iştirak edəcək. 


Prezident Həsən Ruhaninin bir neçə digər layihələrin açılışını videokonfransla həyata keçirəcəyini də deyən Ə.Müstəfəvi  prezidentin Maku Azad İqtisadi Zonasına baxış keçirəcəyini söyləyib. 


Səfər sabah günorta başlayacaq və axşama kimi davam edəcək. 


Qeyd edək ki, Poldəşt şəhəri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli və Şərur rayonları ilə həmsərhəddir.(ONA)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər