14:52 / 17 Sentyabr 2021

İran Qarabağda terrorçu rejim üçün mənzillər tikir

753
İran Xocalıda separatçı-terrorçu rejim üçün mənzil tikir.

Bakupost.az xəbər verir ki, bu barədə siyasi ekspert Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, Ermənistan mediası yazır ki, Əsgəranda mənzil inşa olunmasında İran vətəndaşları da iştirak edirlər:

"Separatçıların “nümayəndəsi” Artur Qriqoryan İrandan gələnlərin fars olduğunu deyir.

Bu təsdiq edir ki:

- İranın Qarabağda separatçı-terrorçu rejimə dəstəyi təkcə qanunsuz yük daşımadan ibarət deyil;

- Separatçıların mənzil tikintisində və digər layihələrində İran şirkətləri də iştirak edir;

- Xankəndiyə daşınan qanunsuz yüklər İran şirkətlərinin layihələri üçündür;

- İran işğal dövründə olduğu kimi, indi də separatçı-terrorçu rejimlə əməkdaşlığı davam etdirir".
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər