Ru
14:13 / 17 Noyabr 2019

İran qarışdı: Aksiyalarda 25 nəfər öldü, 40 nəfər saxlanıldı

19907

İranda Yanacağın qiymətinin qalxmasına qarşı başlanılan aksiyalar davam edir. Son iki gün ərzində İranda aksiyaçıların polislə toqquşması nəticəsində 25-dək insan ölüb, 40 nəfər isə saxlanılıb.

BakuPost İran mətbuatına istinadən xəbər verir ki, saxlanılanların əksəriyyəti Yəzd şəhərindəndir.

İran hökuməti isə etirazçılara qarşı tədbirləri sərtləşdirib. Ölkədə gözlənilmədən benzinin satışı məhdudlaşdırılıb. Bundan başqa, hakimiyyət aksiyaçılara güc tətbiq edəcəyini bildirib. “Nümayişlər bu şəkildə davam edərsə, asayişi qorumaq üçün lazımi addımları atmaq məcburiyyətində qalacağıq”, - deyə hökumətin bəyanatında deyilir.

“Mehr” agentliyinin məlumatına görə, Tehran, Kirmanşah, Hürrəmabad, Ahvaz, Şiraz, Yəzd, Məşhəd, İsfahan, Kərəc, Təbriz, Bəhbəhan, Kaimşəhr, Kazrun, İslamşəhr və Şəhriyan şəhərlərində etirazlar kütləvi xarakter daşıyır. Məktəblərdə dərslər dayandırılıb.

İran parlamenti benzinin qiymətinin etirazlara səbəb olan 50%-lik artımını müzakirə etmək üçün sabah növbədənkənar iclas keçirəcək. Prezident Həsən Ruhaninin də parlamentə gedəcəyi deyilir.
İran qarışdı:  Aksiyalarda 25 nəfər öldü, 40 nəfər saxlanıldı
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər