İran səfiri Rusiya XİN-ə çağrıldı - Saxlanılan jurnalistlə bağlı

  • 04 Okt 2019 15:38
  • 504 Baxış
İran səfiri Rusiya XİN-ə çağrıldı -  Saxlanılan jurnalistlə bağlı
İran səfiri Mehdi Sənai rusiyalı jurnalist Yuliya Yuzikin Tehranda saxlanılması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb.

BakuPost.az xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova "Facebook" səhifəsində məlumat verib.

"Elə indicə agentliklərə məlumat verdim ki, Rusiya vətəndaşı Yuliya Yuzikin Tehranda saxlanılması ilə əlaqədar İran səfiri hadisənin başvermə səbəblərini operativ şəkildə aydınlaşdırmaq və rusiyalı qadının hüquqlarını təmin etmək məqsədilə Xarici İşlər Nazirliyinə çağırılıb", - M.Zaxarov yazıb.

Qeyd edək ki, rusiyalı jurnalist Yuliya Yuzik bu gün Tehranda saxlanılıb.