Ru
13:49 / 19 Yanvar 2020

İran Ukraynanın xahişini yerinə yetirdi - Qara qutu göndərildi

2599
İranın paytaxtı Tehran yaxınlığında raketlə vurulan və 186 nəfərin öldüyü Ukraynaya məxsus təyyarənin qara qutusu Kiyevə göndərilib.

Publika.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının Təhqiqatlar şöbəsinin rəisi Həsən Rezayifər bildirib. O deyib ki, Ukraynanın xahişinə əsasən qara qutu Kiyevə göndərilib. Fransa, Kanada və ABŞ-dan olan mütəxəssislər qutunu tədqiq edərək qəzadan əvvəl nələrin baş verdiyini öyrənəcəklər.


Qeyd edək ki, Ukraynanın Baş Prokurorluğu təyyarənin qara qutusunun təhvil verilməsi haqqında İrana sorğu göndərmişdi.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər