Ru
13:29 / 10 Dekabr 2019

İranda zəlzələ - 4,6 bal

1671
İranın cənub-qərbində Kohgiluyə və Buyir Əhməd vilayətinin Bəhmei rayonu yaxınlığında 4,6 bal gücündə zəlzələ baş verib.

Bakupost.az-ın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 11:51-də 17 kilometr dərinlikdə qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər