Ru
11:14 / 23 Fevral 2020

İranda güclü zəlzələ baş verdi - Naxçıvanda da hiss edilib -YENİLƏNİB

2269
İranda zəlzələ baş verib.

BakuPost.az xəbər verir ki, zəlzələnin episentri İranın Qərbi Azərbaycan vilayətində yerləşən Xoy şəhəri olub.

Səhər saat 8:53-də baş verən zəlzələ 5.9 bal gücündə olub.


Zəlzələ yerin 5,22 kilometr dərinliyində baş verib.

Dağıntılarla bağlı məlumat yoxdur.

10.11

Zəlzələ Naxçıvanda da hiss edilib. BakuPost.az-ın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 09:52-də Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 4-3 bala qədər hiss olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər