Ru
16:23 / 23 Fevral 2020

İranda zəlzələdə xəsarət alanların sayı 75-ə çatıb

1087
İranın şimal-qərbində Türkiyə ilə sərhəddə yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində zəlzələ nəticəsində 75 nəfər yaralanıb və yaralıların qəbulu davam edir.

BakuPost.az xəbər verir ki, bunu İranın Xoy Təcili Yardım İdarəsinin direktoru Muctaba Qomri Əsl deyib.


İdarə rəsmisi yaralıların qəbulunun davam etdiyini deyib.

Qomri Əsl əlavə edib ki, yaralıların əksəriyyəti evə buraxılıb. 6 nəfər xəstəxanalarda müalicə alır.

Qeyd edək ki, bu gün səhər İranın Türkiyə ilə sərhədi yaxınlığında Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində yerli vaxtla saat 09:22-də 5,7 bal gücündə zəlzələ baş verib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər