Ru
00:48 / 25 Fevral 2020

İrandan Azərbaycana idxal dayandırıldı

3148
İranda koronavirusun yayılması ilə əlaqədar bu ölkədən Azərbaycana məhsul gətirilməsinə məhdudiyyət qoyulub.

İrandan Azərbaycana uşaq oyuncaqları, xalçlar, plastik məhsullar, ev tekstil əşyaları, ədviyyatlar və digər bir çox məhsullar idxal edilir.


Satıcıların sözlərinə görə, artıq iki gündür, bu məhsulların yenisini sifariş verməkdə problem yaşayırlar. Çünki İranda koronavirusun yayılması səbəbi ilə karqo şirkətləri yeni sifarişləri qəbul etmirlər.

İri ticarət mərkəzlərinin birindən verilən məlumata görə, İrandan yeni malların gətirilməsinə qadağa qoyulub.

Dövlət Gömrük Komitəsindən isə bildirilir ki, hələlik sərhəddən yük avtomobillərinin keçməsinə heç bir məhdudiyyət qoyulmayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər