15:47 / 11 Oktyabr 2021

İranın XİN rəhbəri Azərbaycana gəlir

687
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Azərbaycan və Ermənistana səfər edəcək.

Bakupost.az xəbər verir ki, bunu İranın XİN başçısı Rusiya telekanalına verdiyi müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, səfər uyğun bir zamanda baş tutacaq.

O həmçinin bildirib ki, şimal qonşuları da daxil olmaqla, qonşu ölkələri diqqət mərkəzində saxlamaq İranın yeni hökumətinin xarici siyasətinin prioritetlərindən biridir.

“Azərbaycan və Ermənistan İranın yaxşı qonşularıdır. Bu səbəbdən də bir-birimizə qarşı işləyə bilmərik”, - deyə Andullahiyan bildirib.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər